Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi

28.10.2025 19:59 804
Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi
Böyük Britaniyada bekon (donuz pastırması) və vetçinanın qadağan olunması tələb edilib. Buna səbəb bu məhsulların xərçəng riskini artırmasıdır.

Median.Az-
ın məlumatına görə, bu tələblə bağlı məktub həmin Avropa ölkəsinin səhiyyə nazirinə Kvinz Universitetinin Qlobal Qida Təhlükəsizliyi İnstitutu tərəfindən göndərilib.

Təşkilatın qurucusu, mikrobiologiya və qida təhlükəsizliyi üzrə professor Kris Elliott bildirib ki, pastırma və vetçinanın kanserogen (xərçəng yaradan) təsiri on il əvvəl sübut edilib, lakin bu illər ərzində onların istehlakını azaltmaq üçün ciddi addımlar atılmayıb.

“Gecikən hər il qarşısı alına biləcək daha çox xərçəng hadisəsi, daha çox zərər çəkmiş ailə və Milli Səhiyyə Xidmətinə daha böyük yük deməkdir”, – deyə professor Elliott qeyd edib.

O vurğulayıb ki, sağlamlığa ən çox zərəri ətə onun çəhrayı rəngini və satış görünüşünü qorumaq üçün əlavə olunan nitritlər vurur. Onun sözlərinə görə, bu maddələr nitrozaminlərin yaranmasına səbəb olur və bunlar da kanserogen hesab olunur.

Ekspert əlavə edib ki, hələ 2015-ci ildə sübut olunub: gündə 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini 18 faiz artırır.скачать dle 11.3
Mojo.az Banner