Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Sus kəndində ilk körpə dünyaya gəlib - FOTO  |     22:38 Nanə yeni mövsümdən “Xəzər” TV-də olacaq?  |     22:33 Naxçıvanda tibb bacısını xəzinədar təyin etdilər, sonra işdən çıxartdılar  |     22:25 Minaya düşən Həsənəli magistrant oldu  |     22:21 Allahverdi Yolçuyevin beyninə pil yerləşdirildi  |     22:12 Qarabağ və Kəlbəcərdə bəbir müşahidə olundu  |     22:06 Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)  |     21:59 Məktəblərdə noyabrda 1 aylıq tətil olacaq?  |     21:52 Azərbaycan və Gürcüstan arasında informasiya və kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanıb  |     21:47 BMT rəsmisi Azərbaycandakı fəaliyyətinin üçüncü ildönümü ilə bağlı paylaşım edib  |     21:40 Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək  |     21:36 Göygöldə bələdiyyə torpaqlarını satmaqda şübhəli bilinən sədr barəsində cinayət işi başlanılıb  |     21:31 Gürcüstanın baş naziri Ararat Mirzoyanla əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:23 UEFA Avropa Liqası: "Şerif" - "Zirə" matçının biletləri satışa çıxarılıb  |     21:18 Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq  |     21:03 Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ  |     20:59 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:51 Bu il Azərbaycanda 16 min 280 nəfəri heyvan dişləyib  |     20:46 Azərbaycan paraatıcısı Serbiyada bürünc medal qazanıb  |     20:40 Gürcüstan XİN başçısı: Bakı ilə İrəvan arasında sülh prosesi müsbət dinamikanı saxlayacaq  |    

Dövlət qurumu məktəb direktorunu cərimələdi: Məhkəmə olacaq - FOTO

Bakıda fəaliyyət göstərən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyev cərimələnib.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi direktora İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Cavid Əliyev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq.

İyulun 4-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 01.07.24 15:20