Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:56 Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək  |     17:38 Rusiyalı güləşçilər Paris-2024-də iştirak etməyəcəklər  |     17:26 Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq  |     17:13 AZAL ictimaiyyətə müraciət edib  |     16:47 Daha 7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı - SİYAHI  |     16:39 Rusiya TV məkanında ən məşhur verilişin ilk aparıcılarından biri vəfat etdi  |     16:31 Türkiyədə avtomobil atəşə tutuldu - Ölən və yaralananlar var  |     16:20 Qubada bir nəfər göldə batıb  |     16:02 Fransa millisi 60 il əvvəlki antirekordunu təkrarlayıb  |     15:53 Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb  |     15:41 AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli olub  |     15:31 Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb  |     15:22 Polis özünü dənizə atan şəxsi xilas etdi  |     15:09 Sabahın hava proqnozu açıqlandı  |     15:08 TDT-nin Baş katibi Azərbaycana təşəkkür edib  |     15:06 Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi  |     15:06 Özbəkistan prezidenti: "Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq"  |     15:04 İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian kimdir? - DOSYE  |     14:58 Bakıda 43 yaşlı kişi talvardan yıxılaraq ölüb  |     14:54 Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə təlimlər keçiriləcək  |    

Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək

Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır.

Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 03.07.24 21:40