"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 DİQQƏT! Azərbaycanda işsizlər dövlətdən PUL ALACAQ  |     22:51 Durov ilk dəfə övladını göstərdi - FOTO  |     22:42 Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ  |     22:32 İsrail Livanla Suriyanın yolunu bağladı  |     22:26 Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB  |     22:18 Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib  |     22:10 Praqada sinif yoldaşlarını güllələməklə hədələyən məktəbli saxlanılıb  |     22:00 İmişlidə qanvermə aksiyası keçirilib  |     21:54 “Mirvari sırğalı qız”ın sirri açıldı: İnsanlar niyə gözlərini ondan çəkə bilmirlər?  |     21:43 Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?  |     21:35 Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb  |     21:27 Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs  |     21:20 Bakıda fərdi yaşayış evində yanğın baş verib  |     21:11 Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı  |     21:01 İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?  |     20:56 Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı - İnqilabi kəşf  |     20:47 Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı  |     20:42 Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı  |     20:36 Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi  |     20:31 Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)  |    

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Metronun "Koroğlu" stansiyasından Buzovna qəsəbəsinə hərəkət edən 107 saylı marşrut avtobuslarında sürücülər tərəfindən özünəməxsus gediş tarifləri müəyyənləşdirilib. Belə ki, son qiymət artımından sonra gediş haqqı 70 qəpik müəyyənləşsə də, sürücü sərnişinlərdən 80 qəpik tələb edib.

Bu barədə Bizim.media-ya həmin avtobusdan mütəmadi istifadə edən bir neçə sərnişin məlumat verib.

Onların sözlərinə görə, sürücülər kartsız işləyən bu avtobusda hər dəfə sərnişinlərdən fərqli gediş haqqı tələb edirlər. Bu isə haqlı olaraq sərnişinlərin ciddi narazılığına və narahatlığına səbəb olub.

Maraqlıdır, təqdim olunan gediş haqqından çox ödəniş tələb edən belə sürücülər barədə hansı tədbirlər görüləcək?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, fakt araşdırılacaq:

"Məsələ araşdırılacaq. Belə hal müəyyən edilərsə, sürücü barədə tədbir görüləcək. Həmçinin, daşıyıcıya tarifin düzgün tətbiqi və gediş haqqının sərnişinlərin görə biləcəyi yerdə yerləşdirilməsi ilə bağlı tapşırıq verilib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 06.07.24 14:49