DİQQƏT! Azərbaycanda işsizlər dövlətdən PUL ALACAQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 DİQQƏT! Azərbaycanda işsizlər dövlətdən PUL ALACAQ  |     22:51 Durov ilk dəfə övladını göstərdi - FOTO  |     22:42 Generala məxsus olduğu iddia edilən hospital MƏHKƏMƏYƏ VERİLDİ  |     22:32 İsrail Livanla Suriyanın yolunu bağladı  |     22:26 Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB  |     22:18 Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib  |     22:10 Praqada sinif yoldaşlarını güllələməklə hədələyən məktəbli saxlanılıb  |     22:00 İmişlidə qanvermə aksiyası keçirilib  |     21:54 “Mirvari sırğalı qız”ın sirri açıldı: İnsanlar niyə gözlərini ondan çəkə bilmirlər?  |     21:43 Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?  |     21:35 Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb  |     21:27 Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir - 7 ilədək həbs  |     21:20 Bakıda fərdi yaşayış evində yanğın baş verib  |     21:11 Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı  |     21:01 İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?  |     20:56 Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı - İnqilabi kəşf  |     20:47 Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı  |     20:42 Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı  |     20:36 Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi  |     20:31 Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)  |    

DİQQƏT! Azərbaycanda işsizlər dövlətdən PUL ALACAQ

Azərbaycanda işsizliyə görə kimlər müavinət ala bilər? Bunun üçün vətəndaş hara müraciət etməlidir? Ölkəmizdə bununla bağlı sosial yardımı kimlər və necə ala bilər? Bu və ya digər suallar ətrafında Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.

Agentliyin sözçüsü Mayis Musayev Referans.az-ın sorğusuna cavab olaraq bildirdi ki, "Məşğulluq haqqında" Qanuna əsasən məşğulluq sistemində işsiz kimi qeydiyyatda olan şəxslər üçün işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil. Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir.

Həmçinin o da qeyd olundu ki, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçularının say, ştatların ixtisar edilməsi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə,əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsina) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda və əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə maddəsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.

"Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciat edərək qeydiyyata düşə bilər. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qarar çıxarır və bu baradə müraciət etmiş şəxsə məlumat verirlər",- deyə Agentlik rəsmisi əlavə edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 04.10.24 22:58