Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.
O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.
"Kişidən bu həyatda nə qalır? Sabah səni "ayaqlarını qabağa uzadıb" apardılar, səndən nə qalacaq? Birincisi - ad, ikincisi - uşaqlar. Qalan heç nə ümumiyyətlə heç kimi maraqlandırmır", - deyə Qurulyov vurğulayıb.