Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə "Eagle Partner" təlimləri keçiriləcək.
Bu barədə respublikanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Bildirilir ki, 15-24 iyul tarixlərində nəzərdə tutulan tədbir beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində planlaşdırılıb.
"Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcəklər. Təlimlər sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi əməliyyatlarını nəzərdə tutur".
Mənbə: TASS