Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:56 Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək  |     17:38 Rusiyalı güləşçilər Paris-2024-də iştirak etməyəcəklər  |     17:26 Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq  |     17:13 AZAL ictimaiyyətə müraciət edib  |     16:47 Daha 7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı - SİYAHI  |     16:39 Rusiya TV məkanında ən məşhur verilişin ilk aparıcılarından biri vəfat etdi  |     16:31 Türkiyədə avtomobil atəşə tutuldu - Ölən və yaralananlar var  |     16:20 Qubada bir nəfər göldə batıb  |     16:02 Fransa millisi 60 il əvvəlki antirekordunu təkrarlayıb  |     15:53 Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb  |     15:41 AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli olub  |     15:31 Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb  |     15:22 Polis özünü dənizə atan şəxsi xilas etdi  |     15:09 Sabahın hava proqnozu açıqlandı  |     15:08 TDT-nin Baş katibi Azərbaycana təşəkkür edib  |     15:06 Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi  |     15:06 Özbəkistan prezidenti: "Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq"  |     15:04 İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian kimdir? - DOSYE  |     14:58 Bakıda 43 yaşlı kişi talvardan yıxılaraq ölüb  |     14:54 Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə təlimlər keçiriləcək  |    

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yeni törəmələridir. Bu şişlərin bir neçə növü var. Bəzi beyin şişləri xoşxassəli - yavaş böyüyən, aşağı dərəcəli (xoşxassəli), bəzi beyin şişləri isə bədxassəli - reproduktiv, yayılmış, yüksək dərəcəli (bədxassəli) olur.

Maraqlıdır, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı?

Bununla bağlı qurumdan Sfera.az-a verilən açıqlamada qeyd olunub ki, bu, mümkündür.

TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən, artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir:

"Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir".

Həmçinin qeyd olunub ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 03.07.24 22:06