Sus kəndində ilk körpə dünyaya gəlib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:26 Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq  |     17:13 AZAL ictimaiyyətə müraciət edib  |     16:47 Daha 7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı - SİYAHI  |     16:39 Rusiya TV məkanında ən məşhur verilişin ilk aparıcılarından biri vəfat etdi  |     16:31 Türkiyədə avtomobil atəşə tutuldu - Ölən və yaralananlar var  |     16:20 Qubada bir nəfər göldə batıb  |     16:02 Fransa millisi 60 il əvvəlki antirekordunu təkrarlayıb  |     15:53 Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb  |     15:41 AVRO-2024-də ən çox oyundankənar vəziyyətə düşən futbolçu bəlli olub  |     15:31 Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb  |     15:22 Polis özünü dənizə atan şəxsi xilas etdi  |     15:09 Sabahın hava proqnozu açıqlandı  |     15:08 TDT-nin Baş katibi Azərbaycana təşəkkür edib  |     15:06 Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi  |     15:06 Özbəkistan prezidenti: "Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq"  |     15:04 İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian kimdir? - DOSYE  |     14:58 Bakıda 43 yaşlı kişi talvardan yıxılaraq ölüb  |     14:54 Ermənistanda amerikalı hərbçilərin iştirakı ilə təlimlər keçiriləcək  |     14:53 TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb  |     14:49 "Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?  |    

Sus kəndində ilk körpə dünyaya gəlib - FOTO

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

Körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 03.07.24 22:53