Sabah yenə yağış yağacaq - PROQNOZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:44 Argentinalı futbolçu "Liverpul"a keçə bilər  |     19:35 Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb  |     19:25 Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib  |     19:18 Lənkəranda gənc sürücü yol qəzasında ölüb  |     19:10 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb  |     19:03 İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb  |     18:48 İlon Maska partiya yaratmaqda kim kömək edir?  |     18:44 Naməlum şəxs süni intellekt vasitəsilə özünü ABŞ dövlət katibi kimi təqdim etdi  |     18:42 "Arsenal" Benjamin Şeşkonun transferindən imtina etdi  |     18:10 Deputata qarşı sui-qəsd cəhdində təqsirləndirilənlərin şikayəti rədd edildi  |     17:38 Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş TƏSDİQLƏNDİ  |     16:46 Bu ərazidə qaz KƏSİLƏCƏK  |     16:37 Ağ Ev Cefri Epşteynin müştəri siyahısı ilə bağlı açıqlama verdi  |     16:21 Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü  |     16:04 Dağıstanda içməli sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 110 nəfər xəstəxanaya yerləşdirildi  |     15:59 Günəşdə güclü partlayış baş verdi  |     15:58 Azad edilmiş ərazilərdə artıq 5 gün qalmaq mümkün olacaq - Müddət uzadıldı  |     15:41 Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi təsdiqləyib  |     15:39 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir  |     15:37 "Keşlə" bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı  |    

Sabah yenə yağış yağacaq - PROQNOZ

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            369 14.05.24 13:23