Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:56 Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu | 17:45 Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də qovuldu | 17:36 "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər | 17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı |
Mojo.az Avto
Mojo.az Avto

Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb

08.07.2025 19:35 975
Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb
Misirin paytaxtı Qahirədə “Telecom Egypt” şirkətinin böyük data mərkəzində ötən gün baş verən yanğın nəticəsində 4 nəfər həlak olub, azı 22 nəfər yaralanıb.

Bu barədə “Reuters” Misir Səhiyyə Nazirliyinin nümayəndəsi Hossam Abdel Qaffara istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərərçəkənlərin əksəriyyəti zəhərlənib.

Bildirilib ki, yanğın həmin gün lokallaşdırılıb. Buna baxmayaraq, hadisə paytaxtın hər yerində telefon əlaqəsi və internetin işində ciddi fasilələrə səbəb olub. Pozuntular rəqəmsal bank xidmətlərinə də təsir göstərib: bankomatların, bank kartlarının və onlayn ödənişlərin işində nasazlıqlar yaranıb.

İlkin məlumatlara görə, yanğına qısaqapanma səbəb ola bilər.

Son xəbərlər