“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 “Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır  |     22:46 Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi  |     22:46 Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi  |     22:39 “SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə  |     22:27 IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu  |     22:23 Binəqədi rayonunda YANĞIN başlayıb  |     21:51 Füzuli Hüseynova töhmət verildi- Əli Nurla davaya görə  |     21:37 Gəncəni bombalayan erməni hərbçilərin adları açıqlandı  |     21:28 Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu  |     20:57 Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?  |     20:30 Tərtər sakini Ağdərədə minaya düşüb  |     20:16 Ağdamda döyülən şəxs dünya çempionudur? - RƏSMİ AÇIQLAMA  |     19:59 Fuad Bağırov federasiya prezidenti seçildi  |     19:20 Bakıda polis qadınları "TikTok"da şantaj edən şəxsi saxlayıb  |     19:05 Bakının bir küçəsində YENİLİK  |     18:46 General Rəfail Mehdiyevi psixoloq Arzu Yusifova əvəz etdi - Kəmaləddin Heydərovdan RƏİS TƏYİNATI  |     18:13 Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarını pozmasına görə cəzalar müəyyənləşib  |     17:38 Xəzər Universitetində bıçaqlanan tələbənin vəziyyəti AÇIQLANDI  |     17:22 Ukraynanın nizamlanma memorandumunun təfərrüatları açıqlanıb  |     17:07 Bakıda dönərçi "Rent a Car" maşını ilə qəzaya düşüb öldü  |    

“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

Qeyd edək ki, Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.

2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Fotoda Şahmar Hüseynov

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            765 28.03.24 12:52