Mojo.az Banner
17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN Bakıda saatyarımlıq sıxlığın səbəbini açıqladı

30.05.2025 12:38 1 038
DİN Bakıda saatyarımlıq sıxlığın səbəbini açıqladı
Ötən gün 8 Noyabr prospektində üç avtomobilin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində müddəti 1 saat 30 dəqiqə olan nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, sıxlığa səbəb isə qəzada iştirak edən sürücülərin avtomobillərini yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri olub:

"Müşahidələrə əsasən, maddi zərərlə nəticələnən bu cür hadisələrə, xüsusilə də nəqliyyatın intensiv olduğu, Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində və digər mərkəzi yollarda tez-tez rast gəlinir".

"Yol hərəkəti haqqında" Qanunda qəza baş verdiyi zaman sürücülərin hansı hallarda nəqliyyat vasitələrini yolun kənarına çəkib-çəkməmələri ilə bağlı müddəalar qeyd olunub. Əvvəlcə bildirək ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sürücülər mütləq yol polisinə məlumat verməlidirlər.

Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Həmin maddənin 1 və 3-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün sürücüləri qaydalara əməl etməyə və diqqətli olmağa çağırır", - deyə sürücülərə müraciətdə qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner