Mojo.az Banner
13:40 Ağsuda narkotik plantasiyası aşkar edildi  |     12:55 “Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb  |     12:14 Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib  |     11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |    
Left Banner
Right Banner

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

30.05.2025 22:46 585
Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.
 
Median.Az xəbər verir ki, bu barədə "Haberturk TV” məlumat yayıb.
 
Kanalın yaydığı məlumata görə, üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
 
Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir.

Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.
 
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.

скачать dle 11.3
Mojo.az Banner