Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarını pozmasına görə cəzalar müəyyənləşib

30.05.2025 18:13 594
Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarını pozmasına görə cəzalar müəyyənləşib
Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Yeni dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:

- İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,

- Beş min manatdan yeddi min manatadək cərimə,

- Yaxud iki ilədək islah işləri,

- və ya iki ilədək azadlığın məhdudlaşdırılması,

- Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən digər bir dəyişikliklə, orqanizmin funksiyalarının 61-100%-i dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara ictimai işlərin tətbiqi qadağan edilib. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu məhdudiyyət yalnız 18 yaşınadək əlilliyi olan şəxsləri əhatə edirdi.

Son xəbərlər