Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

Gəncəni bombalayan erməni hərbçilərin adları açıqlandı

30.05.2025 21:37 567
Gəncəni bombalayan erməni hərbçilərin adları açıqlandı
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

Median.Az
-ın AZƏRTAC-a istinadla xəbərinə görə, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, "Elbrus" taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, "İsgəndər" taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı "Elbrus" taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib.

2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, "8Ф44" tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.скачать dle 11.3
Mojo.az Banner