Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram günlərində Naxçıvana aviabiletlər tapılmır - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)

30.05.2025 12:25 1 155
Bayram günlərində Naxçıvana aviabiletlər tapılmır - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)
Bayram günlərində və xüsusi əlamətdar tarixlərdə Naxçıvana səyahət etmək istəyən sərnişinlər aviabilet tapmaqda çətinlik çəkirlər.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, sərnişinlərin sözlərinə görə, xüsusilə bayram ərəfəsində biletlər sürətlə tükənir, əlavə reyslərlə bağlı məlumatlar isə ya gecikdirilir, ya da onlayn sistemlərdə əks olunmur.

Naxçıvan sakini bildirib ki, bu problem uzun illərdir davam edir. Hər bayram və qeyri-iş günləri zamanı Naxçıvana uçuş biletlərini tapmaq müşkülə çevrilib. Vaxtilə ümumiyyətlə onlayn bilet satışı mövcud olmayıb. Son illərdə bu xidmət fəaliyyətə başlasa da, hələ də əvvəlki problemlər yaşanır.

O qeyd edib ki, əlavə reyslər təyin olunsa da, bu uçuşlar üçün onlayn biletlər təqdim edilmir. Sərnişinlər AZAL-ın müştəri xidmətlərinə müraciət etdikdə isə, onlara yalnız hava limanına yaxınlaşmaq tövsiyə olunur.

Sərnişinin sözlərinə görə, bölgələrdə yaşayanlar üçün bu, əlavə çətinlik yaradır, çünki onlar Bakıya gəlmədən bilet ala bilmirlər.

Digər sərnişinlər də təyyarədə boş yerlər olduğu halda, onlayn sistemdə bu yerlərin görünmədiyini deyirlər.

Bəzi tələbələr isə əvvəlcədən bilet alsalar da, geri qayıtmaq istəyəndə yer olmadığını deyirlər. Lakin təyyarədə boş yerlər olduğunu özləri müşahidə ediblər.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin xarici və daxili kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov şikayətlərlə bağlı bildirib ki, Bakı-Naxçıvan istiqamətində gündəlik 10-a yaxın uçuş həyata keçirilir. Bayram və xüsusi günlərdə bu say 17-yə qədər artırıla bilər.

O qeyd edib ki, sərnişin sıxlığı müşahidə olunan hallarda əlavə reyslər təyin olunur. Bu reyslər yalnız hava limanındakı kassalarda satışa çıxarılır və onlayn sistemdə görünmür. Bu yanaşma hava limanında növbədə dayanan sərnişinlərin uçuş imkanı əldə etməsinə şərait yaratmaq məqsədi daşıyır.

AZAL sərnişinlərə tövsiyə edir ki, mümkün qədər erkən tarixdə bilet alsınlar və planlarını qabaqcadan quraraq narahatlıqlardan yayınsınlar.

Ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner