“BakıKart”ın balansını onlayn artırmaq imkanı yaradıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 İnsanların 1000 il yaşamasına mane olan yeganə amil aıqlandı  |     22:53 Bankların mənfəəti niyə azalıb?  |     22:48 "Qarabağ"ın qanalı futbolçusu Cənubi Kipr klubuna keçə bilər  |     22:40 Bakıdakı söküntü "bumu": Kirayə mənzillər bir az da bahalaşacaq?  |     22:35 Universitetlərdə təhsil haqları necə olacaq?  |     22:28 Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər - VİDEO  |     22:21 Tibb bacılarını söydü - Həbs olundu  |     22:16 Skuterə görə xanım sərnişini söydü - "Bolt" sürücüsü həbs edildi  |     22:06 Azərbaycan təbii qazı Suriyanın Homs vilayətinə çatıb  |     22:01 Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə ABŞ səfərini müzakirə etdi  |     21:49 Federasiya prezidenti bıçaqlanaraq ÖLDÜRÜLDÜ  |     21:41 Tirana Azərbaycan və Ermənistanın dialoqu seçmək qərarını yüksək qiymətləndirir  |     21:27 ABŞ-ın bu şəhərləri su altında qalacaq  |     21:14 Moskvadan Vaşinqton sazişinə - MÜNASİBƏT  |     21:07 İspaniyada təyyarə qəzası: Ölənlər var  |     20:57 Bu ərazidə pensiya ödənişi başa çatdırıldı  |     20:28 "Arsenal"ın futbolçuları zədələrini sağaldaraq məşqlərə qatılıblar  |     20:21 BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir  |     20:12 Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir  |     20:02 Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb  |    

“BakıKart”ın balansını onlayn artırmaq imkanı yaradıldı - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib.

Agentlikdən verilən məlumata görə, “BakıKart”a inteqrasiya əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından vacibdir.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axının öyrənilməsi üçün də önəmlidir.

İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnologiyalarından istifadə nəzərdə tutulub.

İlkin mərhələdə internet portalı üzərindən ödəmə sistemini sərnişinlərin istifadəsinə təqdim edilib. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.

Kartın balansını 2 üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.

Həmçinin, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı artırılaraq 1 000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində, marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcək. Yaxın bir həftə ərzində isə Bakıdakı “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq.

Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib ödəniş edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 644 24.09.21 19:45