Bankların mənfəəti niyə azalıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Qanunsuz əyləncənin qurbanları: Günahkar kimdir?  |     22:52 Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır - AÇIQLAMA  |     22:46 İşi daim kompüterlə olanların nəzərinə! - XƏBƏRDARLIQ  |     22:39 Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı: Qurumlar hərəkətə keçdi - VİDEO  |     22:34 Elektron imtahana keçid bizə nə verəcək?  |     22:27 Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     22:14 Meksikada daşqınlar 31 nəfərin həyatına son qoyub  |     22:05 Səudiyyə Ərəbistanı klubu "Real"ın futbolçusunu rekord məbləğ qarşılığında transfer edə bilər  |     21:59 Qara Qarayevin yaşadığı mənzil 750 minə satılır - Video  |     21:51 “İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” - Video  |     21:43 Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcəklər  |     21:37 Televizorda oyun oynaya biləcəksiniz - “Netflix”dən yenilik  |     21:30 Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq  |     21:25 Azərbaycanda yeni məktəblər tikiləcək  |     21:16 Dondurma və qazlı içkilərdəki inqrediyent saç tökülməsinin qarşısını ala bilər - Alimlər  |     21:10 Baş gicəllənməsi bu xəstəliyin xəbərçisi ola bilər  |     21:04 Yasamal MKTB-də maliyyə problemi: 2 milyonluq borc niyə ödənilmir?  |     20:59 Bakıda hamilə qadını döyüb uşağını itirməsinə səbəb olan ərin məhkəməsi: "Yeməyə artıq duz atdı, mən də döydüm"  |     20:50 Braziliyalı futbolçu yeddi qol vurduğu matçdan sonra həbs olunub  |     20:43 Avropada yeni Şengen sistemi tətbiq edilir: Ölkələrə giriş-çıxışda hansı dəyişikliklər olacaq?  |    

Bankların mənfəəti niyə azalıb?

Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəətləri azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib. Azalma rəqəmlərdən aydın şəkildə görünür. Bəs səbəblər nədir?

Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, bankların mənfəətinin azalmasının səbəbləri müxtəlifdir: "Səbəblərdən biri faiz gəlirləri və marjaların daralması ola bilər. Bankların faiz gəlirləri əvvəlki illə müqayisədə artmaqda davam etsə də, faiz xərclərinin daha sürətli artması faiz marjasının daralmasına səbəb olub. Bu, xüsusilə depozitlər üzrə yüksək rəqabət fonunda müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması (hazırda 7.75 faiz) pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Bu isə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azaldıb”.

İ.Məmmədovun fikrincə, bankların xərcləri də çoxalıb: "Rəqəmsallaşma və struktur xərclərinin artımı da əsas səbəblərdəndir. Sektor üzrə ümumi əməliyyat xərclərində artım müşahidə olunur. Xüsusilə də IT infrastrukturuna yatırımlar və rəqəmsal transformasiya xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Sektorun rəqəmsallaşma səviyyəsi 2024-cü illə müqayisədə 15-20 faiz artıb. Bu da infrastruktur və texnologiyaya çəkilən xərclərdə əks olunur. Bu, qısamüddətli mənfəətə təsir etsə də, bankların uzunmüddətli dayanıqlılığı və səmərəliliyi üçün strateji zərurətdir. Əməkhaqqı və insan kapitalı xərcləri də artıb. Əmək bazarındakı təzyiqlər, xüsusilə qanunlara əməl olunmasına nəzarət edən şöbə, pul yuyulmasının qarşısını alan sistem və risk idarəetməsi sahələrində ixtisaslı kadrlara tələbin artması ilə nəticələnib. Statistika göstərir ki, bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir”.

Bank eksperti bildirdi ki, kredit portfeli və ehtiyatlar da mənfəətə təsir edir: "Banklar bu dövrdə kredit portfellərində risklərə qarşı daha konservativ yanaşma sərgiləyiblər. Problemli və gecikmiş kreditlərin həcmi artmasa da, restrukturizasiya olunmuş (ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər) kreditlərin payı yüksəlib. Bu da potensial risklərə qarşı ehtiyatların artırılması ilə nəticələnib. Kreditin qaytarılmaması halında bu ehtiyatlardan istifadə olunur. Məsələn, bir çox banklarda problemli kreditlər üçün ayrılan ehtiyatlar əvvəlki ilə nisbətən 10-12 faiz artıb ki, bu da xalis mənfəətin azalmasına birbaşa təsir edir. 2025-ci ilin ilk yarısında qeyri-neft sektorunda artım templəri aşağı düşüb, istehlak kreditləri və mikro-biznes kreditlərinə tələbdə müəyyən durğunluq müşahidə olunub. Mərkəzi Bankın statistikalarına görə, istehlak kreditlərində artım tempi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 35 faizdən 20 faizə düşüb. Bu da kredit gəlirlərinin proqnozdan aşağı düşməsinə səbəb olub”.

İ.Məmmədovun fikrincə, 2025-ci ilin ilk beş ayındakı xalis mənfəət azalması böhranın deyil, struktur dəyişikliklərin və sektoral tənzimləmələrin nəticəsidir: "Bu proseslər bank sektorunu daha şəffaf, dayanıqlı və texnologiya yönümlü hala gətirir. Qısa müddətli mənfəət təzyiqlərinə baxmayaraq, uzunmüddətli perspektivdə sektorun maliyyə dayanıqlılığı və xidmət keyfiyyəti daha güclü olacaq. Qısa müddətdə bankların bu mənfəət azalmasını kompensasiya etmək üçün komissiya və xidmət haqlarında artıma getməsi mümkündür, xüsusilə rəqəmsal kanallar və kart məhsulları üzrə. Kredit faizlərində isə yaxın dövrdə ciddi dəyişiklik gözlənilmir, çünki artıq marjalar kifayət qədər sıxılmış vəziyyətdədir”.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə mənfəətin azalmasının kreditlərlə bağlı olmadığı qənaətindədir: "Qeyd edilən dövr ərzində kredit faizlərində elə də dəyişiklik olmadığını görürük. Yəni mənfəətin azalması kreditlərlə bağlı deyil. Səbəb riskli kreditlər portfelinin artması ola bilər. Riskli kreditlər artdığı zaman bu, bankların likvidliyinə, mənfəətinə mənfi təsir göstərir. Digər tərəfdən, əməliyyat mənfəəti də 3,3 faiz azalıb. Bu da ümumi mənfəət azalmasına təsir edir. İnvestisiya xərclərinin artması da digər bir səbəbdir. Banklar qazandıqları mənfəətin bir hissəsini yeni investisiya xərclərinə ayırmış ola bilərlər. Son zamanlar bankların depozit faizlərini qaldırdıqlarını da görürük. Bu, daha çox pul cəlb etmək niyyəti ilə edilir. Statistika da göstərir ki, vətəndaşların depozitləri üçün ödənilən faizlər artırılıb”.

Mənbə: "Kaspi" qəzetiскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 09.08.25 22:53