Mojo.az Banner
23:15 Paşinyan yeni Konstitusiya ilə bağlı qərarını açıqladı  |     23:03 Ermənistan Rusiyadan qaz və neft sazişlərinin ləğvi ilə bağlı xəbərdarlıq məktubu alıb  |     22:01 Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib  |     21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |     21:31 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb  |     21:15 Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - Video  |     21:13 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək  |     21:10 UFC ulduzundan sərt açıqlamalar: "Tsarukyanı biabır edəcəyəm"  |     20:23 Rusiyanın hərbi fəallığına görə Yaponiya iki cəbhədə müharibəyə hazırlaşır  |     20:18 İrandakı müharibə "Toyota"ya zərbə vurdu: 83 min avtomobil...  |     20:10 Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır  |     20:04 Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub  |     19:55 Biznes üçün vahid maliyyə platforması yaradılacaq  |     19:50 Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər  |     19:43 Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?  |     19:37 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     19:30 Gəncədə restoran yandı  |     19:25 Rusiya Ermənistana xəbərdarlıq etdi  |     19:16 “Reddit”in sahibi vəfat etdi  |     19:11 28 May günü hava necə olacaq?  |    
Left Banner
Right Banner

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

30.01.2026 21:08 474
Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.

Median.Az
“Unikal”a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb son dövrlər adı bir sıra cinayət işlərində hallanan proseslərlə bağlı olub.

Bir müddət əvvəl icra başçısının müavinləri və digər bəzi rəsmi şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və onlar həbs ediliblər. Həmin vaxt Süleyman Mikayılovun saxlanılan şəxslərə istintaq prosesində onun adının çəkilməməsi ilə bağlı tapşırıq verdiyi, eyni zamanda onların ev dustaqlığına buraxılmasına kömək edəcəyinə söz verdiyi iddia olunur.

Lakin müəyyən müddət keçməsinə baxmayaraq, vəd edilən addımların atılmadığı bildirilir. Bundan sonra həbs olunan şəxslərin aidiyyəti üzrə - o cümlədən prokurorluq orqanlarına müraciət edərək, baş verənlərlə bağlı şikayət etdikləri qeyd olunur.

Məhz bu müraciətlərdən sonra aparılan araşdırmalar zamanı Süleyman Mikayılovun adının prosesdə hallandığı və bunun da onun vəzifədən azad edilməsinə səbəb olduğu bildirilir.скачать dle 11.3
Mojo.az Banner