Mojo.az Banner
22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |    
Left Banner
Right Banner

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə ABŞ səfərini müzakirə etdi

09.08.2025 22:01 684
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə ABŞ səfərini müzakirə etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırıb.

İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfə olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner