Mojo.az Banner
23:01 Marketlərin reklam siyasəti: 1 kq-a, yoxsa 100 qrama qiymət təyin etmək doğrudur?  |     22:56 Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır  |     22:50 Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir  |     22:43 Ermənistan hava məkanını bağlayır  |     22:35 "5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi  |     22:30 Qobustanda yeni qayaüstü təsvirlər aşkarlanıb  |     22:22 Ermənistanda general axtarışa verildi  |     22:15 Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!  |     22:10 Sabirabadda 18 yaşlı qızın meyiti tapıldı  |     22:03 Azərbaycanda dolların məzənnəsi dəyişəcək? - Rəsmi açıqlama  |     21:57 Azərbaycanda uşaqlara qoyulan yer adları: Salyan, Şəki, Laçın...  |     21:49 Bazar günü 37 mindən çox şəxs imtahan verəcək  |     21:44 "Qırmızı Körpü" gömrük postunda 800 avtomobil gözləyir  |     21:35 Sabah 21° isti olacaq  |     21:29 Ad günündə dəfn edilən uşağın ölüm səbəbi bilindi  |     21:21 Aİ Ermənistana yeni missiya göndərir  |     21:16 Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı  |     21:14 Tramp ABŞ-nin müttəfiqlərini təhdid etdi  |     20:56 Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü  |     20:47 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək  |    
Left Banner
Right Banner

Bakıdakı söküntü "bumu": Kirayə mənzillər bir az da bahalaşacaq?

09.08.2025 22:40 540
Bakıdakı söküntü
Bakının Yasamal rayonunda "Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

Həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır.

Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb. Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

Qeyd edək ki, bu kimi layihələr həyata keçirilərkən əksər hallarda həmin ərazidə yaşayan vətəndaşlar orada tikiləcək evlə, yaxud kompensasiya ilə təmin edilirlər. Bununla yanaşı həmin müddətdə vətəndaşlar müvəqqəti kirayədə yaşamaq məcburiyyətində qalırlar.

Son günlər "Sovetski" adlanan ərazidə evlərin, həmçinin bugünlərdə Keşlə qəsəbəsində dəmiryol zolağında tikilən evlərin sökülməsi, eləcə də tələbələrin artıq kirayə ev axtarışına başlaması paytaxtda kirayə evlərə tələbatı artırır.

Kirayə mənzillərə tələbatın artması həmin evlərin kirayə qiymətlərinə təsir edəcəkmi?

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Cebheinfo.az"-a bildirib ki, kirayə mənzillərin qiymətində artım iki formada özünü göstərir:

"Birincisi, mənzillərin sayı az, ancaq tələb həddindən artıq çox olanda. İkincisi, mənzillərin kirayə aylıq qiyməti onların satış qiymətinin 0,5 faiz nisbətini təşkil edərkən bunu görmək olar.

Yəni bir əmlakın satış qiyməti 100 min manatdırsa, onun aylıq kirayə qiyməti orta hesabla 500 manatdır. Qiymət artıqca kirayə mənzil bazarında da qiymətlər artır. Digər bir tərəfdən, bu gün Bakı şəhərində bir çox ərazilərdə söküntülər gedir.

Həmin söküntülərin bir qismi dövlət layihəsinə əsasən aparılır, bəziləri isə şirkətlər tərəfindən sökülür. Tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə vətəndaşa sökülən evin yerində inşa edilən yeni binadan evlər verilir.

Təbii ki, yeni mənzillər təqdim olunana qədər kirayə pulu şirkət tərəfindən aparılır. Ancaq hansı ərazilər dövlət ehtiyacı üçün alınırsa, vətəndaşa kompensasiya olaraq birdəfəlik pul verilir. Vətəndaş həmin pulla digər ərazilərdə özünə ev ala bilir.

Məhz mənzil axtarıb tapana qədər kirayə vətəndaş bir müddət kirayədə qalmalı olur. Bu da kirayə mənzillərə tələbatın artmasına gətirib çıxarır. Bu baxımdan hər il avqust ayının birinci yarısından başlayaraq sentyabr ayının 15-nə qədər mənzil bazarında ciddi mənzil qıtlığı müşahidə olunur. Bu da özlüyündə qiymət artımına gətirib çıxarır".

Ekspertin sözlərinə görə, kirayə evlərə ehtiyacı olan əsas təbəqələrdən biri də tələblərdir ki, dərs müddəti yaxınlaşdıqca onların da kirayə evlərə tələbatı artır:

"Tələbələrin kirayə mənzil problemləri 30 ildən artıqdır ki, özünü göstərir. Birinci Qarabağ müharibəsinə qədər tələbələrin yataqxanaları var idi ki, onlar həmin yataqxanalarda yaşayırdılar.

Lakin daha sonra məcburi köçkünlərimizin bir hissəsinin həmin yataqxanalara sığınması tələbələri yataqxanalardan məhrum etdi. Hazırda məcburi köçkünlər həm evlə təmin edilib, həmçinin mərhələli şəkildə onlar öz yurd-yuvalarına qaytarılır.

Həmin yataqxanalar yaşayış üçün yararsızdır. Ancaq o yataqxanaların torpaq sahələri mövcud olduğuna görə, aidiyyəti qurumlar, həmin ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyi tərəfindən bu torpaq sahələri yeni, daha müasir yataqxanalar inşa oluna bilər ki, bu da tələbələrin böyük hissəsinin ev problemlərini aradan qaldırmış olar.

Əgər bu addım atılmasa tələbələrin ev problemləri gündən-günə daha da qloballaşacaq. Çünki paytaxtda baş verən söküntülər artıq bu ərazidə olan köhnə tikili binaların, fərdi yaşayış evlərinin sökülməsinə gətirib şıxaracaq ki, bu da ən ucuz kirayə mənzillər həm fərdi yaşayış evləri, həm də köhnə çoxmənzilli yaşayış binalarında idi və onlar söküldükcə ucuz evlər kirayə bazarından çıxmış olur.

Onların yerində yeni binalar inşa olunduqca buradakı kirayə mənzillərin qiyməti köhnə tikli yaşayış binalarından 2 dəfə baha təklif olunur. Bu da tələbələrə, xüsusilə valideynlərə böyük problem yaratmış olur.

Məsələn, Yasamal ərazisində 150-300 manat arasında kiçik həyət evləri olur ki, bina evlərində isə 1 otaqlı evlər 350-500 manat arasındadır. Otaqların sayı artdıqca qiymətlər də dəyişir.

Ümumiyyətlə, paytaxtda bu söküntülər daha sürətli olsa bu ilin sonuna qədər kirayə mənzil bazarında qiymətlər 10-15 faiz arta bilər".скачать dle 11.3
Mojo.az Banner