Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: "Azərbaycan və Ermənistanın logistik imkanları ABŞ-RF münasibətlərini yaxşılaşdıra bilər"

09.08.2025 13:56 1 044
Paşinyan:
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanın logistik marşrutlarına inteqrasiyasının ABŞ və Rusiya arasındakı münasibətlərə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Paşinyan qeyd edib ki, Ermənistan dəmir yolları hazırda Rusiyanın nəzarəti altındadır və Moskvanın İcevan-Razdan və İcevan-Qazax dəmiryollarının bərpasına investisiya qoymaqda maraqlı ola biləcəyini istisna etmir.

"Əlbəttə, bunun üçün Azərbaycanın da razılığı vacibdir", - deyə baş nazir mətbuat konfransında vurğulayıb.

O, həmçinin bildirib ki, Ermənistan ilk dəfə olaraq İranla dəmir yolu bağlantısı əldə edəcək, Çin isə Şərqə yeni marşrut qazanacaq.

"Bu, Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq üçün yaxşı imkan ola bilər", - deyə Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarətin başlanması təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq:

"Biz bu layihəni həm Ermənistan vətəndaşlarının Azərbaycanın nəqliyyat infrastrukturundan, həm də Azərbaycan vətəndaşlarının Ermənistanın nəqliyyat imkanlarından qorxmadan istifadə edə bilməsi üçün həyata keçiririk. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlar haqqında çox danışırıq. Əgər on minlərlə insan qarşılıqlı şəkildə bu imkanlardan yararlanacaq və ikitərəfli ticarət aparılacaqsa, bu, təhlükəsizliyin ən güclü təminatlarından biri olacaq".

Son xəbərlər