Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Nikol Paşinyan: “Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişməyib”

14.11.2020 13:28 3 348
Nikol Paşinyan: “Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişməyib”
“Rusiyanın Qarabağla bağlı mövqeyi son dörd il yarımda dəyişməyib”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai televiziyasına müsahibəsi zamanı bildirib.

“Hazırda baş verənlər, xüsusilə sülhməramlıların iştirakı (Qarabağda) 4.5 il bundan əvvəl də Rusiya yanaşmasının bir hissəsi idi. Ermənistan və Rusiya arasında münasibətlər Moskvanın Qarabağla bağlı mövqeyini dəyişmir”, - deyə N.Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Rusiyanın Qarabağla bağlı mövqeyinin Ermənistanda 2018-ci ilin mayındakı “məxməri inqilab”dan sonra da dəyişməməsi Yerevanla Moskva arasında normal münasibətlərdən xəbər verir.

“Bizim Rusiya ilə normal, işgüzar münasibətlərimiz olub, var və olacaq”, - deyə N.Paşinyan qeyd edib.

Rusiya lideri ilə münasibətləri haqqında suala isə Ermənistan baş naziri belə cavab verib:

“Şəxsi səviyyədə mənim Prezident Putinlə işgüzar və yaxşı münasibətlərim var”.

Son xəbərlər