Mojo.az Banner
16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 11:53 1 464
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək
Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-16-da paytaxtda Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, tədbirin təşkilatçısı nazirlik, eləcə də qurumun yanında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyidir (IRENA).

Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

IRENA-nın baş direktoru Françesko la Kamera deyib: "Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanıb".

COP29-un prezidenti Muxtar Babayev əlavə edib: "Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpa olunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub. Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpa olunan enerji potensialının və canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın yaşıl və ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər".

İkigünlük forumda Mərkəzi Asiyadakı bərpa olunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpa olunan enerjinin inkişafını təşviq etmək və enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpa olunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.скачать dle 11.3
Mojo.az Banner