Mojo.az Banner
20:39 Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı  |     20:27 Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"  |     19:57 Macarıstandakı səfirimiz də vəzifəsindən geri çağırıldı  |     19:50 İsveçdə 20 gənc futbolçu itib  |     19:40 Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU  |     19:29 Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu  |     19:24 Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçdi  |     18:56 İnterpolun axtardığı şəxs Monteneqroda tutuldu - Ölkəyə gətirildi  |     18:45 Yaponiyada yenidən zəlzələ baş verdi  |     18:33 Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı  |     18:22 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI  |     17:43 "Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi  |     17:28 Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?  |     17:20 Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI  |     17:15 Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir  |     17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |     16:41 Martin Ryanın apellyasiya şikayəti rədd edildi  |     16:37 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:24 Tanınmış cərraha məhkəmədə HÖKM OXUNDU  |     15:59 Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  |    
Left Banner
Right Banner

Hava dəyişkən buludlu olacaq

14.08.2019 13:33 1 584
Hava dəyişkən buludlu olacaq
Avqustun 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.скачать dle 11.3
Mojo.az Banner