Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:46 Azərbaycanda güclü zəlzələ oldu | 20:40 Media və Yayım Şurası bu telekanalı cərimələdi | 20:28 Parkda tapılan azyaşlının valideyni cəzalandırıldı | 20:20 Kərə yağından sonra duru yağ da bahalaşdı | 19:56 Leyla Əliyevanın təşəbbüsü ilə "agac.az" mobil tətbiqi istifadəyə verilib | 19:33 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında | 19:25 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi | 19:23 Azərbaycanda nəvə babasının evini qarət etdi | 18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında |
Mojo.az Avto
Mojo.az Avto

Ağdamın işğalından 26 il keçir

23.07.2019 12:56 3 365
Ağdamın işğalından 26 il keçir
Azərbaycanın dilbər guşələrindən biri olan Ağdamın işğalından 26 il ötür.

Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 13 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.

23 iyul 1993-cü ildə Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Rayonun müdafiəsində əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Ağdam rayonu ərazisinin böyük hissəsini işğal edib. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub.

Ağdam şəhəri Ağdam rayonunun inzibati mərkəzi olub, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Paytaxt Bakıdan 358 km aralıda yerləşir.

Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi.

Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.

Ağdamda bütün dünyada yeganə olan Çörək muzeyi var idi.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.

Son xəbərlər