Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq |
Mojo.az Avto
Mojo.az Avto

Brilliant Dadaşova həyat yoldaşını qeyri-adi şəkildə təbrik edib

20.07.2019 18:57 3 349
Brilliant Dadaşova həyat yoldaşını qeyri-adi şəkildə təbrik edib
Xalq artisti Brilliant Dadaşova öz həyat yoldaşı - Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə mahnı həsr edib.

Median.Az
-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, müğənninin bu addımı həyat yoldaşının 60 illik yubileyi ilə bağlıdır.

Brilliant Dadaşova yeni kompozisiyasından bir fraqmenti özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Mahnının sözləri və musiqisini Fərid Kərimli yazıb.

"Ədalət müəllim, bir neçə gün bundan əvvəl, biz sənin ad gününü qeyd edərkən, demişdim ki, sənə mahnı həsr etmişəm. Mahnı artıq hazırdır. Kompozisiya "Səni sevirəm" adlanır. 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidəki hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm!" - Dadaşova Instagramda yazıb.

Qeyd edək ki, Brilliant Dadaşova musiqi karyerasına 1983-cü ildə Eldar Mansurovun mahnısı ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Akif İslamzadə ilə birlikdə oxuduğu "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bu mahnı Azərbaycanda çox məşhurlaşıb. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra Dadaşova Moskva və Sankt-Peterburqda verdiyi solo konsertlərlə ölkəsini Rusiyada təmsil edən ilk müğənni olub.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb.

Son xəbərlər