Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Baş Prokurorluq Elinanın intiharı ilə bağlı istintaqa etirazlara cavab verdi

17.07.2019 20:18 1 475
Baş Prokurorluq Elinanın intiharı ilə bağlı istintaqa etirazlara cavab verdi
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan açıqlama verilib.

Açıqlamada bildirilib ki, Bakı şəhəri, Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə, zəruri istintaq tədbirləri həyata keçirilir.

Cinayət işinin istintaqı zamanı Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovanın vəkilləri tərəfindən verilmiş vəsatətlərə qanunvericiliyə uyğun baxılmaqla, nəticəsi barədə mərhumun valideynləri və kütləvi informasiya vasitələri məlumatlandırılıblar.

Qeyd edilənlərə baxmayaraq, zərərçəkmiş şəxsin qohumları tərəfindən cinayət işi üzrə istintaqın qeyri-obyektiv aparılması ilə bağlı mətbuat konfransı keçirilərək, ibtidai araşdırmanın normal gedişatına təsir göstərilməsinə cəhd edilib.

Cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasını həyata keçirən ekspertlər komissiyasının tərkibinə Sevil Hüseynovanın təklif etdiyi mütəxəssisin cəlb edilməsi barədə vəkilləri tərəfindən vəsatət istintaqa təqdim edilənədək Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət komissiya yaradılmaqla ekspertiza tədqiqatı aparıldığından vəsatət təmin edilməyib.

İş üzrə şahid qismində dindirilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova arasında üzləşdirmə aparılmasına dair növbəti vəsatət qeyd edilən şəxslərin ifadələri arasında ziddiyyət olmadığından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilməyib.

Cinayət işinə əlavə edilmiş Təhsil Nazirliyinin və digər qurumların müvafiq vəzifəli şəxslərinin vəzifə funksiyalarını müəyyən edən normativ sənədlərin surətlərinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələrinə verilməsinə dair vəsatətləri cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxsin və ya onun hüquqi varisinin nümayəndəsinin yalnız ibtidai araşdırma qurtardığı andan işin materialları ilə tanış olmaq huququna malik olması nəzərə alınaraq təmin edilməyib.

Eyni zamanda bildirilir ki, iş üzrə təyin edilmiş ekspertizaların rəyləri istintaq orqanına daxil olduqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova vəkillərinin iştirakı ilə həmin rəylərlə tanış edilib və bununla bağlı narazı olmalarına dair istintaqa hər hansı vəsatətləri və şikayətləri daxil olmayıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır.скачать dle 11.3
Mojo.az Banner