Mojo.az Banner
20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik soğan məsələsinə aydınlıq gətirdi

10.07.2019 22:30 1 734
Nazirlik soğan məsələsinə aydınlıq gətirdi
Azərbaycanda soğanın sürətlə ucuzlaşmasına səbəb bu il məhsulun ötən illərlə müqayisədə bol olmasıdır.

Median.Az
-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bunu Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov ölkədə soğanın ucuzlaşmasının, nəticədə fermerlərin gəlirlərinin azalmasının səbəblərinə aydınlıq gətirərkən deyib.

"Havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi. Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı "bişirir", həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərib. Amma qısa müddətə", - deyə Hüseynov bildirib.

O, qeyd edib ki, artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır.

"Bərdə, Ağdam və Beyləqandan olan fermerlərlə söhbətdən çıxan nəticə belədir ki, prosesin əvvəlində fermer, sonunda isə istehlakçı qazanır. Artıq istehlakçının, yəni alıcının qazanmağa başladığı mərhələdir" - Hüseynov əlavə edib.скачать dle 11.3
Mojo.az Banner