Mojo.az Banner
18:42 Qaxda canavarlar qoyunları parçaladı  |     18:37 Malların gömrük bəyanı milli valyuta ilə olacaq  |     18:27 Sürücülərin və digər yol hərəkəti iştirakçılarının NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərlə bağlı QƏRAR  |     18:21 Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  |     18:09 Gənc yazarın həyatı film olur - FOTOLAR  |     17:45 Moskvada yanğında 8 nəfər ölüb  |     17:36 Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir? - YENİ QƏRAR  |     15:57 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi  |     15:51 Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT  |     15:50 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı  |     15:46 Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq  |     15:45 "ASAN xidmət" modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiq edildi  |     15:38 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ  |     15:36 Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:32 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI  |     15:28 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     13:59 AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi  |     13:54 Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA  |     13:46 Əlilliyi olanlara "yararlı" rəyi verilir? – RƏSMİ AÇIQLAMA  |     13:44 Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi  |    
Left Banner
Right Banner

Şəmkirdə pomidor bolluğu problem yaratdı: fermerlər narazıdır - VİDEO

22.06.2019 14:08 1 954
Şəmkirdə pomidor bolluğu problem yaratdı: fermerlər narazıdır - VİDEO
Şəmkirdə fermerlər əkdikləri məhsulların yaxşı satılmadığından, bununla da maddi vəziyyətlərinin getdikcə çətinləşdiyindən şikayətçidirlər.

Təsərrüfat sahibləri hazırda ən acınacaqlı vəziyyətin pomidor satışında hökm sürdüyünü deyirlər.

Onlar iddia edirlər ki, xarici bazarlara, xüsusən, Rusiya bazarlarına məhsul satışı dayanıb, buna görə də təsərrüfat sahibləri çətin vəziyyətə düşüblər. Yerli bazarlarda isə satışa çıxarılan pomidorlar nəinki qazanc gətirir, heç maya dəyərini belə ödəmir.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən məsələ ilə bağlı bildiriblər ki, indiki halda rayondan Rusiya bazarlarına məhsul ixracı ilə bağlı heç bir problem yoxdur:

“Bol məhsul olduğundan qiymətlər ötən ilə nisbətən aşağıdır, amma xarici bazara məhsulların satışında heç bir problem yoxdur. Onu da qeyd edək ki, Şəmkir rayonunda mindən artıq istixana var”.

Məlumat üçün bildirək ki, Şəmkir qərb bölgəsinin əsas təsərrüfat rayonlarından biridir. Ölkədəki istixanaların təxminən 70 faizi bu rayonun payına düşür.


скачать dle 11.3
Mojo.az Banner