Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Elinanın atası barədə ŞOK TƏFƏRRÜATLAR: “Elinanı altı aylıq lüt çölə atdılar...”

05.06.2019 23:04 3 930
Elinanın atası barədə ŞOK TƏFƏRRÜATLAR: “Elinanı altı aylıq lüt çölə atdılar...”
Bakıda 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın atası Ədalət Hacıyev barədə bəzi inanılmaz faktlar ortaya çıxıb.

Elina Hacıyevanın atası Ədalət Hacıyevin mediaya verdiyi açıqlamalar onun eks-qayınanası, Elinanın ana nənəsi Solmaz Hacıyevanı özündən çıxarıb.
Məhz bu səbəblə News24.az-a zəng edərək açıqlama verən S.Hacıyeva eks kürəkəni haqda gizli faktların üstünü açıb: "Elinanın atası həddini aşıb. Öncə onu deyim ki, o, uşaq üçün heç bir şey etməyib. Uşaq altı aylıq olarkən qızım Sevildən ayrılıblar. Onlar vətəndaş nikahında yaşayıblar. Hətta, Elina doğulanda onu öz adına belə keçirməyib. Uşağın beş yaşı olanda qızım əl-ayağa düşdü. Ədalət isə qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsiz gəldi. Sadəcə olaraq Sevillə Elinanın atasının soyadları eynidir. Elina anasının soyadını daşıyıb”.

Solmaz Hacıyeva Ə.Hacıyevin qızı Elinaya heç zaman qayğı göstərmədiyini bildirib: "Hər yerdə mənəm, mənəm deyir, lakin Elinanın qəbir daşını anası düzəltdirib. Ədalət Hacıyev bir qəpik də xərcləməyib. Dünən qalmaqal yaratmaq istəmədim. Amma, o, üzsüzlüyünə salıb, çəkiliş edənlərə kənarda dayanan və beşinci həyat yoldaşının övladını yəni, ögey qızını çəkməməyi dedi. Sən öz övladın üçün heç bir şey etməmisən. Dünən Elinanın ad günüydü. Ədalət çəkib ki, uşaqlar evində ehsan veriblər. Soruşun o heç pul xərcləyib? Delya adlı xanım onların bütün xərclərini ödəyir. Həmin xanım müğənnidir. Elina beşinci sinifdə oxuyanda Ədalət Hacıyev onun məktəbinə yaxın yerdə işləyirdi. Elina yolüstü onun yanına gedib on qəpik istəmişdi, o isə həmişəki kimi demişdi "yoxdur balası” və on qəpiyi belə verməmişdi. Lakin həmin vaxt masada spirtli içki və məzə var idi. Mən bu gün sizə əsəbimdən dözməyib zəng etmişəm. Sadəcə əsəbdən partlayıram ki, hər şeyi anası edir və o, yalandan çıxıb danışır. Elinanın atası Ədalətdir düzdür, amma onun üçün heç bir şey etməyib. Bu gün hər yerə gedən Elinanın atalığı Seymurdur. Bütün rəsmi işlərlə o maraqlanır”.

S.Hacıyeva deyib ki, Ə.Hacıyev Elinanın intiharından sonra, son beş aydır ki, ortalığa çıxıb: "Düz bir il Elinanı hər yerdə bloka qoymuşdu. Çünki uşaq ondan forma almaq üçün 50 manat istəmişdi. Atasından telefon istəmişdi, o isə həmin telefonu ögey qızına hədiyyə etmişdi. Elina çox pis olmuşdu. On dörd ili idi harada idin? Hansı ad gününü uşaqla birlikdə keçirmisən? İndi deyirsən ki, Elinasız ilk ad günüdür... Son üç ildə anan Elinanı heç yadına belə salmırdı. Çünki nəvələri doğulmuşdu. Ədalət və Sevil ayrılanda qayınanası otağa girib və uşağın üstündə olanları, yəni onların aldığı hər şeyi çıxarıb evdə qoymağı tələb edib. Onlar 6 aylıq Elinanı çılpaq yola salmışdılar”.

Solmaz Hacıyeva qızı Sevilin Elinanı böyütmək üçün gecə və gündüz dayanmadan çalışdğını qeyd edib: "Üç, dörd ayda bir neçə günlük onu yanınıza aparıb saxlamısınızsa, bu ona baxdığınız mənasına gəlmir. Sən Ədalət 6 aylıq körpəni çölə atanda mənim qızım balasını saxlamaq üçün hər gün işləyirdi. Gün ərzində bir neçə saat yatıb yenidən işə qaçırdı. Elina sətəlcəm olanda az qalmışdı ki, ölsün. O zaman harada idiniz? Onun atası gecə yarısı 8-ci kilometrdən Elinanı taksiyə oturdub Yasamala evə tək yola salıb. Bunu uşağa hansı ata edər? O ata deyil! Belə ata olmur... Elinaya atalığı Seymur edib, Ədalət yox! Onun danışmağa haqqı yoxdur!”  

Elina Hacıyevanın nənəsi nəvəsinin ölümündə günahkar olanların kimliyini də açıqlayıb: "Elinanın ölümündə atasını günahlandırmıram. Amma bir ata övladını o hadisədən sonra xəstəxanada qoyub telefonla zəng edib halını soruşmaz. Sonuna qədər xəstəxanada olar. rosedurlardan keçirib uşağı. Həkimə zəng edib danışıb. Zəng etmək lazım deyildi. Orada oturub gözləmək lazım idi. Axşam saat 18:00-da bizə dedi ki, burada oturmağın mənası yoxdur. Gedək evə sabah gəlib uşağı görərik. Həkimlər səhlənkarlığından Elina öldü”.

Solmaz Hacıyeva News24.az vasitəsi ilə Ədalət Hacıyeva səslənərək Elinanın adından istifadə edərək özünü gündəmdə saxlamamasını sərt şəkildə tələb edib: "Ədalət, uşağın adından istifadə edib hər yerdə özünü reklam etmə! Ömrün boyu yalan danışmısan. Dayan artıq! Qızım Sevil başdaşı üçün altı yüz manat pul verib Ədalətə. Görün necə məzar daşı düzəltdirib. Utanmırsan? Qızım ağ mərmərin nə qədər başa gələcəyini soruşub, o da bu qiyməti deyib. Hətta ona deyib ki, əgər ağ mərmər bahadırsa, o zaman aqlay edək. Ədalət isə hansısa rənglənmiş daşdan hazırladıb bizə mərmər olduğunu deyir. Əl vurdum və anladım ki, mərmər deyil. Elinanın başdaşı elə bil kimsəsiz biri üçün hazırlanıb”.

O, Elinanın anası ilə hər zaman xoşbəxt yaşadığını dilə gətirib: "Bu uşaq anası ilə xoşbəxt idi. Hətta anasının aldığı telefonu itirəndə belə, qızım onu acılamadı. Yenisini alacağını dedi. Qızım dayanmadan işləyirdi. Çünki Elinanın nədənsə korluq çəkməsini istəmirdi. Uşağın istədiyi hər şeyi alırdı”.

S.Hacıyeva qızı Sevilin erkən yaşda ailə qurduğunu və Elinanın da rəsmi nikah olmadan dünyaya göz açdığını da ilk dəfə açıqlayıb: "Qızımın on altı yaşı olanda Ədalətlə toyları oldu. Sevilin yaşının çatmaması, Ədalətin isə vəsiqəsinin olmamasına görə, onların nikahı baş tutmadı. Elina qızımın on yeddi yaşı olanda dünyaya gəldi. Onlar ayrılandan sonra Ədalət hərbi xidmətə getdi, daha sonra isə Moskvaya yollandı. Orada da evləndi. Hazırda Moskvada da iki oğlu var. Elina kimi onlara da aliment ödəmir. Həmin qadınla da rəsmi nikahı yoxdur. Düzdür, sənədlərdə Elinanın atası kimi Ədalət Hacıyev göstərilib, lakin onun Elinanı uşaqlığa götürmək sənədi mövcud deyil. O qeydiyyat şöbəsinə qəsdən aliment ödəməmək üçün şəxsiyyət vəsiqəsiz gəlmişdi və Elina ölənə kimi də bir dəfə olsun alimetn ödəməyib”.скачать dle 11.3
Mojo.az Banner