Mojo.az Banner
20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Oteldə "Zaminbank"ın filial müdirini öldürənlər Ali Məhkəməyə müraciət ediblər - FOTO

31.05.2019 13:42 5 377
Oteldə
Ali Məhkəmədə Bakı şəhər sakinləri Sənan Quliyevin CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə törədildikdə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və Mövlud Səfərovun CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə törədildikdə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə məhkum olunmalarına dair hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az xəbər verir ki, ittiham aktına əsasən, qətl 2015-ci il aprelin 21-də Tbilisi prospekti, 32 ünvanında yerləşən “Avropa” otelində baş verib. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində şəhər sakinləri, "Zaminbank" KB Nəsimi filialının müdiri Azər Məmmədov (1985-ci il təv.) döş qəfəsindən bir bıçaq xəsarəti və tanışı Ruslan Əfəndiyev (1971-ci il təv.) iki bıçaq xəsarəti alıblar. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə çatdırılsalar da, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Daxil olan məlumatla əlaqədar araşdırmaya başlayan Nəsimi RPİ və 20-ci polis bölməsi əməkdaşları cinayəti törədənin Sənan Quliyev olduğunu müəyyən ediblər. Həmin axşam keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sənan Quliyev və tanışı Mövlud Səfərov saxlanılaraq, istintaqa təqdim olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq, apellyasiya şikayətlərini təmin etməyib.

Məhkumlar kassasiya şikayətləri ilə Ali Məhkəməyə müraciət ediblər.

Ali Məhkəmədə proses iyunun 12-ə təyin olunub.






скачать dle 11.3
Mojo.az Banner