Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vergilər “Binə” və “Sədərək” məsələsini həll etdi – YENİLİK

27.05.2019 15:48 2 344
Vergilər “Binə” və “Sədərək” məsələsini həll etdi – YENİLİK
Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər - "Binə" və "Sədərək"in vergidən yayınmasının qarşısı demək olar ki, alınıb.

Median.Az
“fed.az”a istinadən xəbər verir ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

Bu o deməkdir ki, "Sədərək" və "Binə"də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub:

"Bizim idxalda böyük problemlərimiz "karqo şirkəti" adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, "Binə", "Sədərək" və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar.

Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər".

Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner