Mojo.az Banner
15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputatlar yeni rüsumlardan narazılıq etdilər - Parlamentdə etirazlar

17.05.2019 14:24 2 924
Deputatlar yeni rüsumlardan narazılıq etdilər - Parlamentdə etirazlar
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik deputatların narazılığına səbəb olub.

Qanuna təklif edilən əlavə maddəyə görə, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.

Deputat Qüdrət Həsənquliyev müzakirələr zamanı təklif edib ki, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 3000 manat rüsum ödəməsi yaxşı hal deyil:

“Azərbaycanda bu sahənin inkişafına ehtiyac var, ona görə də bu rüsum olmamalıdır”.

Millət vəkili Əflatun Amaşov da rüsumlardan narazılıq edib:

“Bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın, axı o rüsum ödəməməlidir. Çünki özəl müəssisə açmır. Rəqəmlər 3000-15000 manat arasında dəyişir. Onların müəyyənləşdirilməsində hansı parametrlər əsas götürülür, məlum deyil. Heç olmasa, bu rəqəmlərə yenidən baxmalıyıq”.

Deputat Asim Mollazadə də rüsumlara etiraz edib və həmkarlarını bu qanunun əleyhinə səs çağırmağa səsləyib:

“Bu, cənab Prezidentin apardığı siyasətə ziddir. Bu dəyişikliklərin əleyhinə səs verəcəyəm”.

Millət vəkili Musa Quliyev öz növbəsində qanun layihəsinin geri göndərilməsini təklif edib:

“Bu rüsum hansısa sahibkardan deyil, uşaqdan alınacaq. Layihəni hazırlayanlar niyə cənab prezidentin siyasətinə zidd gedirlər? Bu vətəndaşın miqyasında götürəndə böyük bir vəsaitdir. Bu maddəni layihədən çıxarın və geri göndərin”.

Həmçinin, millət vəkili Məlahət İbrahimqızı dəyişikliklərə etirazını bildirərək, qanun layihəsinin əleyhinə səs verəcəyini söyləyib.
Millət vəkili Qənirə Paşayeva bu rüsumun sahibkarladan çox vətəndaşın cibindən çıxarılacağını qeyd edib:

“Kənd yerlərində, rayonlarda bağçalar çatışmır: “Ondan bundan xahiş edirik ki, bağçaların təmirinə kömək edin. Belə rüsumlarla kim gedib bölgələrdə bağça açacaq və bu rentabelli olacaq?!”

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sonda deputatların fikirlərinə münasibət bildirib.

Komitə sədri qeyd edib ki, təhsil müəssisələri akkreditisayadan beş ildən bir keçir:

“Bu fikrə həmkarlarımın münasibəti yaxşıdır. Onları narahat edən rüsumlardır. Mən də bildirirəm ki, ikinci oxunuşa qədər Təhsil Nazirliyi ilə məsələni yenidən müzakirə edəcəyik”.

Sonra qanun layihəsi səsə qoyularaq, 4 nəfər əleyhinə olmaqla, birinci oxunuşda qəbul edilib.
скачать dle 11.3
Mojo.az Banner