Mojo.az Banner
15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |    
Mojo.az Avto
Mojo.az Avto

Masallıda həmkəndlilərin mübahisəsi ölümlə nəticələnib - FOTO

16.05.2019 21:35 1 710
Masallıda həmkəndlilərin mübahisəsi ölümlə nəticələnib - FOTO
Masallı rayonunda həmkəndlilərin mübahisəsi ölümlə nəticələnib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1951-ci il təvəllüdlü Bəxtiyar Mirzəmməd oğlu Rəhmanov döş qəfəsindən aldığı zərbə nəticəsində ölüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, mübahisəyə səbəb Vəfadar, Pərvin, Elnur, İlham və Telman adlı kənd sakinlərinin B.Rəhmanova məxsus evin qabağından keçən su kollektorunun üzərindəki piyada körpüsünü sökmələri olub. Uzun illər bu körpüdən təsərrüfat işləri üçün paybəlli torpaqlarına gediş-gəliş, həm də mal-qaranın örüşə aparılması məqsədilə istifadə olunub. Qarşı tərəf mal-qaranın bu körpüdən keçərək onların otlaq sahələrinə girdiyinə görə sökdüklərini bildiriblər.

Mərhumun oğlu atasının onlara "körpünün taxtalarını sökmüsünüz, eybi yox. Heç olmasa, dəmir dayaqlara toxunmayın. Lakin onlar buna qulaq asmayıblar. Belə olan halda B.Rəhmanov onlardan birinin əlində olan lomu almaq istəyib. Qarşılığında isə döş qəfəsi nahiyəsindən bir neçə yumruq zərbəsi alaraq səhhəti pisləşib. Onu Masall Rayon Mərkəzi Xəstəxanasına çatdırarkən yolda dünyasını dəyişib".

Mərhumun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə aparılıb. Ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner