Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dərman zəhərlənmələrinin sayı artıb

30.04.2019 22:10 1 835
Azərbaycanda dərman zəhərlənmələrinin sayı artıb
Ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanların sayı artıb.

Median.Az
bildirir ki, bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 2016, 2018-ci ildə isə 2169 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb.

Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 778 nəfəri və ya 36,9 faizi dərmandan zəhərlənib. Zəhərlənməyə səbəb olan dərmanlar arasında sedativ tərkibli, yəni əsəbə qarşı dərmanlar üstünlük təşkil edib. Dərman zəhərlənmələrin 40 faizə yaxını sedativ tərkibli dərmanlarların qəbulu ilə əlaqədardır.

Kimyəvi zəhərlənmələr sırasında say çoxluğuna görə ikinci yeri yandırıcı məhlullardan zəhərlənmə halları tutub. Ötən il zəhərlənənlərin 309 nəfəri və ya 14,2 faizi yandırıcı məhlullardan zəhərlənib ki, onların da əksəriyyəti (236 nəfər) sirkə turşusunun qəbulundan baş verib.

İ.Əfəndiyev bildirib ki, kimyəvi zəhərlənmələr arasında üçüncü yeri dəm qazından zəhərlənmə halları tutub. Ötən il dəm qazından 279 nəfər zəhərlənib ki, bu da bütün kimyəvi zəhərlənmələrin 12,9 faizini təşkil edib.
Ümumilikdə bütün illərdə zəhərlənmələrin strukturunda qadınların, xüsusilə 20-29 yaşlıların sayı çox olub.

Toksikoloqun sözlərinə görə, zəhərlənmələr sırasında sui-qəsd xarakterli olmayan məişət zəhərlənmələri (dəm qazı zəhərlənmələri, ilan sancmaları, zəhərli göbələklərdən zəhərlənmələr və s.) üstünlük təşkil edir. Ötən il ərzində 1302 nəfər məişət, 867 nəfər sui-qəsd xarakterli zəhərlənməyə məruz qalıb.

Baş toksikoloq ötən il ərzində 10 nəfərin meşələrdən yığılan yabanı göbələyin qəbulundan zəhərləndiyini söyləyib.

İ.Əfəndiyev qeyd edib ki, ümumilikdə kimyəvi zəhərlənmə nəticəsində baş verən ölüm halları azalıb. Ötən il zəhərlənmə hallarının 2,4 faizi ölümlə nəticələnib ki, bunların da əksəriyyətini yandırıcı məhlullar qəbul etmiş şəxslər olublar.скачать dle 11.3
Mojo.az Banner