Mojo.az Banner
14:05 Pirşağıda dənizdə qadın batıb  |     13:19 Yer kürəsində maqnit qasırğası bürüyəcək  |     13:18 Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?  |     13:15 Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"  |     13:04 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:57 Venesuelada zəlzələ qurbanlarının sayı 1 450 nəfərə çatdı  |     12:48 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər  |     12:45 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     12:44 Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ (Video)  |     12:43 Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı  |     12:39 Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO  |     12:29 XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"  |     12:08 Azərbaycanda buğdanın yeni tədarük QİYMƏTİ MÜƏYYƏN EDİLDİ  |     12:02 Hörmüz boğazında gərginlik artır: İran Vaşinqtonla planlaşdırılan görüşdən imtina etdi  |     11:55 Serbiyada hərbi xidmətə çağırış bərpa olunacaq  |     11:54 Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb  |     11:53 Milli Məclisin sabiq baş məsləhətçisi vəfat etdi  |     11:50 Qeyri-sabit hava dəniz kənarındakı obyektlərə necə təsir edir? - Video  |     11:40 PSJ italiyalı qapıçını heyətinə qatdı  |     11:33 Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu  |    
Left Banner
Right Banner

FHN rəsmisi problemli binalardan danışdı: "Aradan qaldırılacaq"

27.04.2019 20:50 2 545
FHN rəsmisi problemli binalardan danışdı:
"Bu il fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərman çərçivəsində müayinələr 6 dövlət qurumu tərəfindən həyata keçirilib. İstismar aktının 400-dən artıq çoxmərtəbəli binaya verilməsi nəzərdə tutulub. Bəzən bu binaları yanlış olaraq “qanunsuz tikili” adlandırırlar. Lakin bu binalar qanuni şəkildə tikilib, burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Qanunsuz tikili torpaq zəbt olunaraq tikilən gecəqondular, tikinti üçün icazəsi olmayan yerlərdə inşa olunmuş fərdi yaşayış evləridir, 16-20 mərtəbəli qanunsuz tikili ola bilməz”.

Bunu ONA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyev deyib.

B. Tağıyev bildirib ki, bu binalar tikilib, sonra isə hər hansı səbəbdən istismara verilməsi yubanıb: "Bəzilərində şəriklər arasında problem yaranıb, maddi problemlə üzləşiblər, bəziləri cinayət məsuliyyətinə cəlb olunublar".

FHN rəsmisi deyib ki, Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 26 yaşayış kompleksinə nazirlik tərəfindən rəy verilib: "Ümumilikdə istismara icazəsi olmayan 434 yaşayış kompleksi qeydiyyata alınıb. Onlardan 26-na Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəy verilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Artıq bu binaların istismarına komitə tərəfindən icazə verilib".

B. Tağıyevin sözlərinə görə, bəzi mətbuat orqanları Prezidentin fərmanını bilərək və ya bilməyərəkdən yanlış şərh edərək, çaşqınlıq yaradan məlumatlar yayır: "Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulub ki, 2 ay müddətində qeydiyyata düşmüş, istismara icazəsi olmayan həmin o 434 yaşayış kompleksinin müayinəsi aparılsın. Bu müayinələr 6 qurum - "Azərsu" ASC, "Azərişıq" ASC, "Azəriqaz" ASC, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Bu müayinələr fərmana uyğun olaraq vaxtında, yəni aprelin 19-dək başa çatıb. Fərmanın müvafiq bəndinə uyğun olaraq, bu tikililərdə aşkarlanmış irad və çatışmazlıqlar 5 ay ərzində aradan qaldırılmalıdır. Hər bir bina sahibinə bununla bağlı rəsmi məlumatlar təqdim olunub".

Bəzi media orqanlarında fərmanın icrasının gecikməsi ilə bağlı iddialara gəlincə, FHN rəsmisi bildirib ki, heç bir gecikmədən söhbət getmir: "Fərmanın hər bir bəndi vaxtında yerinə yetirilir. Elə tikililər var ki, onların inşasına 80-90-cı illərdə başlanılıb. Yəni uzun illər istismar olunsa da, problemli olduğuna görə bu gün istismar icazəsini ala bilməyib. Elələri var ki, zavodun nəzdində olan yaşayış binasıdır. Kooperativ formada tikilib və 90-cı illərin əvvəllərində iqtisadi məsələlərlə bağlı yarımçıq qalıb. Sonradan insanların öz vəsaiti ilə tikinti başa çatdırılıb. Lakin orada kommunikasiya, lift məsələləri həll olunmamış qalıb. Binalar var ki, elektrik təchizatı üçün transformator məntəqələri tikilməyib, müvəqqəti elektrik xətləri verilib. Yanğın təhlükəsizliyi qaydaları ilə bağlı kifayət qədər pozuntu var. Yəni bunu təqdim etmək ki, gecikmə var, tamamilə səthi və səhv yanaşmadır, heç bir gecikmə yoxdur, fərman icra olunur. Hesab edirik ki, iradlar da aradan qaldırılacaq. Bazar ertəsi daha 3 binanın sənədləri təqdim olunacaq. Sənədlər dünən bizə daxil oldu, bazar ertəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcəyik".

Qeyd edək ki, ölkə prezidentinin imzaladığı fərman 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil olunur.скачать dle 11.3
Mojo.az Banner