Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səidə canlı yayımda Xoşqədəmlə üz-üzə gəldi: Sənin ixtiyarın yoxdur...

27.04.2019 15:53 3 411
Səidə canlı yayımda Xoşqədəmlə üz-üzə gəldi: Sənin ixtiyarın yoxdur...
Müğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram"da səsləndirdiyi ittihamlarla bağlı müğənninin haqqının tapdalandığını düşünən həmkarı Səidə Sultan sözügedən proqramda Xoşqədəm Hidayətqızı ilə üz-üzə gəlib.

Median.Az
Milli.Az-a istinadən xəbər verir ki, kifayət qədər gərgin dialoq şəraitində keçən müzakirə zamanı Səidə efirdə həmkarının birmənalı şəkildə haqqının tapdalandığını bəyan etməkdən çəkinməyib.

Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) sadə vətəndaşların həyatı ilə məşhurların şəxsi həyatı arasında onun üçün heç bir fərqin olmadığını bildirib:

"Sevda Yahyayeva ilə Saatlıdan gələn Əlinin nənəsinin fərqi nədir. Mənim üçün ikisi də eynidir. Xoşqədəm də ondan biridir, burada oturanlar da! Biz hamımız o insanlardan biriyik. Bizim nə nüfuzumuz, nə məşhurluğumuz, nə pulumuz, nə maşınımız, nə iki universitet, beş universitet bitirib 5 dil bilməyimizin heç bir əhəmiyyəti yoxdur. Biz hamımız eyni insanlarıq. Əgər o insanlar haqqında fikir bildirilirsə və bir ağsaqqal buraya gəlib deyirsə ki, "Mən öz həyat yoldaşımı istəyirəm. Həyat yoldaşımla barışmaq istəyirəm. Yardım edin". Onu niyə efirə çıxartmayaq?"

Aparıcının sözlərinə efirdə müdaxilə edən müğənni Səidə Sultan "Əgər qadın onu istəmirsə bəs?" sualı ilə Xoşqədəmə müraciət edib.

"Onda Sevda Yahyayeva bağlanır efirə. Deyir ki, "Ay ata, mənim anamın sənin yanında işi yoxdur. Gəldiyin kimi qapı açıqdır, çıx get", - ifadələri ilə aparıcı Səidənin sualına cavab verib.

Müğənni Hidayətqızının fikri ilə yenə razılaşmayıb:

"Bəlkə Sevda istəmir bu söhbət ictimailəşsin, şişsin. O insan çıxdı efirə. Olmazdımı ki, o, efirə çıxanda o qadını da bura çağırasınız? Özləri öz aralarında həll edələr, sonra bunu efirə çıxardasınız?"

Xoşqədəm Səidə Sultanın suallarına "Yarım saat öncə gəldi bura. Hamı Xoşqədəm deyil ki?!" cavabını verib.

Müğənni onu bu fikirlərinə görə qınayan verilişin ekspert heyətini isə "Siz istəyərsinizmi sizin probleminiz bura çıxsın və hamı bunu bilsin? Biz qanunu bilmirik, ona görə vəziyyət bu gündədir. Heç kəsin ixtiyarı yoxdur mənim şəxsi həyatımı üzə çıxartsın, məni hamının qarşısında xar etsin" sözləri ilə qarşı-qarşıya qoyub.

Qeyd edək ki, müğənninin ögey atası Xoşqədəm Baxşəliyevanın verilişinə çıxaraq Sevdanın onun həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib.скачать dle 11.3
Mojo.az Banner