Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı |
Mojo.az Avto
Mojo.az Avto

"Aysel və Sevdanın həyatını niyə məhv edirsiniz?" - Səidə “Səni axtarıram”da

26.04.2019 23:19 3 321
Müğənni Səidə Sultan "Səni axtarıram" proqramına çıxıb.

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, o, aparıcı Xoşqədəm Hidayətqızına verilişi ilə bağlı iradlarını bildirib:

"Nə Aysel, nə də Sevda ərə gedib, onların həyatını niyə məhv edirsiniz? Onlar bu gün, sabah ərə getməlidir. Kiminləsə bağlı problem varsa, əvvəlcədən həmin adamı xəbərdar edin. Əgər biz qanunlarımızı bilsək, heç kim bizi çıxıb biabır edə bilməz.

Heç kimin haqqı yoxdur, çıxıb, kiminsə şəxsi həyatını müzakirə etsin. Bütün bunlar vaxtilə mənim başıma gəlib. Kim istəyər ki, onun ailə problemi televiziyada nümayiş etdirilsin, müzakirə olunsun? Biri çıxıb şərləyirsə, onun qarşısını necə alaq? Ona görə də hər iki tərəf proqramda iştirak etməlidir.

Türkiyəli, rusiyalı müğənnilərin vecinə deyil, amma bizdə qınaq çoxdur. İnsanı ölümə sürükləyirlər. Ömrüboyu etdiyin səhvi sənin başına qaxınc edirlər. Axı, niyə kiminsə ailə problemi efirdə nümayiş etdirilməlidir? Heç kim buna razı olmaz. Qurban olum, Xoşqədəm, eləmə. İnsanları xəbərdar elə. Düzdür, mənim dediyim tərəflər sizə sərf etmir. Amma etməyin, belə".

Veriliş zamanı Səidənin əsəblərinə güclə hakim olması, etdiyi hərəkətlər diqqətdən qaçmayıb.

Qeyd edək ki, illər əvvəl Səidənin nənəsi Zaur Baxşəliyevin verilişinə çıxaraq, onun və anasının ünvanına təhqirlər səsləndirmişdi.

Son xəbərlər