Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda qeyri-adi sınaq: bir ağacda yeddi meyvə - FOTO

20.04.2019 18:20 6 362
Lənkəranda qeyri-adi sınaq: bir ağacda yeddi meyvə - FOTO
Lənkəran sakini yeddi növ fərqli sitrus meyvəsini bir ağacda yetişdirir.

Median.Az
-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Lənkəranın Hirkan qəsəbəsində yaşayan Arif Kərimov 40 ildir bağçılıq təsərrüfatı ilə məşğul olur və əkdiyi meyvə ağacları bir ilə bar verir.

O, buna ağacları bir-birinə calaq etməklə nail olur. Bir çoxlarından fərqli olaraq, təsərrüfatçı təkcə cır limondan istifadə etmir. Panderoza kimi iri meyvələri olan müxtəlif sitrus ağaclarını calaq edir. O deyir ki, ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var.

Bağban calağın göz, yarma, keçirmə, qabıq kimi növlərindən istifadə edir. Nəticə isə göz qabağındadır.

Təsərrüfatçı dekorativ ağacların calağı ilə də məşğul olur. O, budaqları yalnız yerli ağaclardan seçmir, Türkiyədən, İrandan gətirdiyi növlərdən də istifadə edir. Bəzi dekorativ ağacları isə öz budağına calaq edərək bonsay və spiral formalarını ala bilir.

Yayda və qışda da calaq işləri ilə məşğul olan bağban gələcəkdə alma, armud kimi digər meyvə ağaclarını da bir ağacda calaq edib yetişdirmək fikrindədir. Qeyd edək ki, calanan ağac, adətən, mart ayında əkilir.

скачать dle 11.3
Mojo.az Banner