Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir

03.04.2019 21:54 2 788
Lənkəranlı bağban bir ağacda 7 növ sitrus meyvəsi calaq edir
Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 40 ildir bağçılıqla ilə məşğul olan Arif Kərimov bir ilkə imza atıb. O, təsərrüfatında bir ağacda 7 növ sitrus meyvəsini calaq edərək yetişdirir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bir çox təsərrüfatçılardan fərqli olaraq o, calağı cır limonla yox, iri meyvələri olan sitrus ağacları ilə edir. Bağban təsərrüfatında əvvəllər bir neçə meyvə ağacını calaq edirdisə, indi 7 növ sitrus meyvəsini bir ağacda calaq etməyə nail olub. Arif Kərimov calaq edərkən panderoza ağacına (limon sortu) üstünlük verir: "Panderoza ağacına "sultan" da deyirlər. Güclü və sağlam ağacdır. Yeddi müxtəlif növ meyvəni eyni vaxtda qidalandıra bilir. Calaq etdikdən bir il sonra isə bar verir."

Ağac calamağın öz incəlikləri olduğunu deyən Arif Kərimov portağal, naringi, kinkan kimi sitrus meyvələrini çiling vasitəsi ilə artırır. O, göz calağı, yarma calaq, keçirtmə calaq, qabıq calağı kimi üsullardan istifadə edir. Təsərrüfatçı dekorativ ağacların calağı ilə də məşğul olur.




скачать dle 11.3
Mojo.az Banner