Mojo.az — elanlar
Son Xəbərlər
13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR

19.04.2019 14:36 2 465
Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
Vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu Yaradılıb.

Bu barədə Energetika Nazirliyindən xəbər verilib. Verilən məlumata görə, vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.

Son xəbərlər