Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı |
Mojo.az Avto
Mojo.az Avto

DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb

15.04.2019 21:20 1 908
DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postu vasitəsilə ölkə ərazisini tərk edən yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində müvəqqəti sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, problem Rusiya tərəfində sistemdə baş verən texniki nasazlıqla əlaqədar olub.

Belə ki, aprelin 13-ü günün birinci yarısında Rusiya Federasiyasının aidiyyəti gömrük qurumları sistemdəki nasazlıqla əlaqədar malların və yük nəqliyyat vasitələrinin qeydiyyatında bir neçə saatlıq fasilənin yaranacağını bildiriliblər.

Keçən müddət ərzində mütəmadi olaraq qarşı tərəflə danışıqlar aparılıb və problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Bu gün saat 16:30-dan etibarən Rusiya tərəfində sistemdə baş verən nasazlıq aradan qaldırılaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilib.

"Samur" gömrük postu vasitəsilə piyadaların və yüngül minik nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi isə gündəlik iş qrafikinə əsasən həyata keçirilir.//milli.az

Son xəbərlər