Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Turist axını artıb, gömrük postunda sıxlıq yaranıb

06.08.2019 17:06 1 775
Turist axını artıb, gömrük postunda sıxlıq yaranıb
Son günlərdə turist axınının və səyahətçilərin sayının artması Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gündəlik iş rejimində “Mazımçay” gömrük postunun idxal və ixrac nəzarət xəttləri vasitəsilə ümumilikdə 400 nəqliyyat vasitəsi sərhədi keçirdisə, ötən gün bu gömrük postu vasitəsilə gömrük nəzarəti təmin edilməklə 440 nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olub, 460 avtomobil isə ölkəni tərk edib.

Avqustun 6-da günün birinci yarısına qədər isə 194 nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi, 191-nin isə çıxışı təmin olunub.

Hazırda “Mazımçay” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur. Turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, ölkə iqtisadiyyatındakı ciddi inkişaf bu il həm turistlərin, həm də dincəlmək üçün xarici ölkələrə səyahət edən ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olub.скачать dle 11.3

Son xəbərlər