Mojo.az Banner
21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |     16:40 Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?  |     14:46 Avqustun istisində sağlam qalmağın 10 yolu  |     14:43 Tovuzda qadın qətlə yetirildi: Qardaşı oğlu tutuldu  |     14:31 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM  |     14:07 Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT  |    
Left Banner
Right Banner

Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - FOTO

13.04.2019 18:42 2 108
Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Manolova finalədək Hena Yuhansonu (İsveç), Lutsie Mantskeni (Almaniya), Petra Ollini (Finlandiya) məğlub etdi.

Finalda isə yerli ölkəni - Rumıniyanı təmsil edən macar əsilli idmançı Krista İnçeni məğlub edərək Avropa çempionu oldu.

Elisin bu qələbəsinin özəlliyi isə ondan ibarətdir ki, hesabda 0:4 geridə olsa da, ardıcıl xallar toplayaraq geridönüş edə bildi və sonda 6:4 qalib gəldi.

Bununla da o, Mariya Stadnik və Yuliya Ratkeviçdən sonra Azərbaycana qadın güləşi üzrə böyüklər arasında Avropa birinciliyi qazandırdı. Bəs bu idmançı kimdir?

Median.Az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Elis Manolova Bolqarıstan türküdür. O, 19 yaşında olanda millimizə cəlb olunub. Atası və şəxsi məşqçisi Filip Manolovla birgə Bakıya gəlib.

Elis vətəndaşlığını dəyişdirmək üçün iki ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən üç yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin Canan Manolova öz ölkəsində qalmağa qərar verib.

Elis Bakıda hazırlıq keçən bolqarıstanlı beşqat dünya və altıqat Avropa çempionu Stanka Zlatevanın (yeri gəlmişkən, 2012-ci ildə ona da Azərbaycanı təmsil etmək təklif olunsa da, o, imtina edib - S.M.) təcrübəsindən yararlanıb. Çünki Zlatevanın şəxsi məşqçisi vaxtı ilə Azərbaycanın qadın güləş millisini çalışdırmış Simeon Şterev olub.

Manolova əvvəl də qitə çempionu olub. Onun 2012-ci ildə Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionluğu da var. Ancaq həmin çempionluq Bolqarıstanı təmsil edərkən qeydə alınıb.

Bundan başqa, o, Azərbaycan adından gənclər arasında iki dəfə Avropa ikincisi, iki dəfə isə dünya üçüncüsü olub. 23 yaşadək dünya və Avropa çempionatında isə müvafiq olaraq gümüş və bürünc medal qazanıb.

O, ötən il böyüklər arasında Avropa çempionatının finalında uduzsa da, bu dəfə ona finalda qalib gəlmək qismət oldu. Özü də o ötən il finalda uduzduğu finlandiyalı Petra Ollini bu dəfə yarımfinalda kürəyini döşəyə vurmaqla məğlub etdi.

2015-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş Manolova bu ilin əvvəlində Hindistan Liqasında da çıxış edib. O, Hacı Əliyevlə birgə "Yodha" klubunun üzvü kimi mübarizə aparıb.

Onun bu uğurları sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatında Elis Manolovanın mükafatçılar sırasına düşəcəyinə inamı artırır.

скачать dle 11.3
Mojo.az Banner