Mojo.az Banner
18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İnşallah sağ qalmaz: Elina ilə bağlı tükürpədici görüntü - VİDEO

12.04.2019 13:42 4 375
İnşallah sağ qalmaz: Elina ilə bağlı tükürpədici görüntü - VİDEO
Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı müzakirələr zamanı yeni faktlar ortaya çıxıb.

Ötən gün "Xəzər" tv-də yayımlanan "Səni Axtarıram" verilişində Elina Hacıyevanın atası Ədalət Hacıyev qızına göstərilən münasibətlərdən danışıb.

Müzakirə zamanı ata qızının özünü pəncərədən atdıqdan sonra direktor otağına aparılmasından və orada sorğu-sual olunmasından danışarkən, bildirib ki, orada olanlardan biri Elinanın ölümünü arzulayan insanlar olduğunu deyib.

“Elina direktor otağında sorğu-sual olunarkən kimsə “İnşallah sağ qalmaz”, deyir”, - deyə ata bildirib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı da bu fikirləri səsləndirən şəxsin kim olduğunun araşdırılmalı olduğunu bildirib.
“Videoda “İnşallah sağ qalmaz” deyən səs kimə məxsusdur?”, - deyə soruşub.

Verilişdə olan mütəxəssislər isə bu səsin sahibinin ekspertiza ilə müəyyən edilməsinin mümkünlüyünü bildiriblər.


скачать dle 11.3
Mojo.az Banner