Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər il 8,8 milyon insan bu səbəbdən ölür - Hamı təhlükədədir

13.03.2019 12:00 3 814
Hər il 8,8 milyon insan bu səbəbdən ölür - Hamı təhlükədədir
Hava çirklənməsi əvvəllər düşünüldüyündən iki dəfər artıq ürək xəstəliklərindən ölüm hallarına səbəb olur. Belə bir nəticəyə almaniyalı alimlər gəlib.

Araşdırma haqda məqalə “MedicalXpress” nəşrində dərc olunub.

Tədqiqatçılar müxtəlif hava çirklənmə mənbələri ilə ölüm halları arasındakı qarşılıqlı əlaqəni modelləşdirib. Məlum olub ki, təkcə 2015-ci ildə çirklənmiş atmosfer bütün Avropada 790 min insanın ölümünə səbəb olub.

Ölüm hallarının 40-80 faizi məhz hava çirklənməsindən qaynaqlanan ürək-damar xəstəlikləri, o cümlədən, infarkt və insultun payına düşür. Maraqlıdır ki, bu tənəffüs orqanları pozuntuları respirator xəstəliklərlə əlaqəli ölüm hallarından 2 dəfə çoxdur.

Alman alimlərin hesablamalarına görə, hava çirklənməsi il ərzində dünyada 8,8 milyon nəfərin həyatına son qoyur.

Orqanizmə mənfi təsir edən əsas faktor çirklənmiş havada olan 2,5 mikron ölçülü “PM 2.5” sərt zərrəciklərdir. Onlar ürək-damar və respirator xəstəliklərin başlıca səbəbkarı sayılır. Avropada bu zərrəciyin icazə verilən illik konsentrasiyası bir kub metrə 25 mikroqram sayılır. Bu göstəricisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi icazə verilən miqdarı 2 dəfə üstələyir.

Son xəbərlər