"AzerGold" təhlükəli tullantıları Sinqapura satmaqdan gəlir əldə edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq  |     14:10 Tərtərdə "Hyundai" ilə BMW toqquşdu: Yaralananlar var  |     13:56 "İki etibarlı çiyin" - Emin Ağalarovun paylaşımı diqqət çəkdi  |     13:38 Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır  |     13:37 Yasamalda 45 yaşlı qadın qətlə yetirilib  |     13:37 Ucar sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb  |     13:36 Xəzər rayonunda qanunsuz tikili sökülüb - Video  |     13:35 Səbail rayonunda NARKOTİK ƏMƏLİYYATI - 10 kiloqram marixuana aşkarlandı (Video)  |     13:34 Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - Video  |     13:31 "TikTok"da humanitar yardım adı altında dələduzluq edən qadın SAXLANILDI - Video  |     13:30 Azərbaycan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən birini ekstradisiya edib - Video  |     13:27 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 Füzulidə yanğın törədən şəxs saxlanılıb  |     13:16 Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü  |     13:15 Bakıda sahibi tapılmayan avtomobilə hər gün cərimə yazılır - Video  |     13:14 ADA-nın Kompüter elmləri ixtisasının keçid balı REKORD VURDU  |     13:10 Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI - Video  |     13:09 Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? - Video  |     23:02 Kanada ABŞ-a tarifləri ləğv etdi  |     22:56 Yanlış ayaqqabı istifadəsi ayaq sağlamlığını təhlükə altına alır  |    

"AzerGold" təhlükəli tullantıları Sinqapura satmaqdan gəlir əldə edib

"AzerGold" QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manata yaxın məbləğdə mənfəət əldə edib

"AzerGold" QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manata yaxın məbləğdə mənfəət əldə edib.

Sputnik Azərbaycan qurumun saytına istinadla xəbər verir ki, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən "AzerGold" QSC istehsalat nəticəsində formalaşan civənin qanunamüvafiq şəkildə, ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir.

Məlum olduğu kimi, Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, həmçinin müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır.

"AzerGold"-un məlumatına görə, hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir. Ekoloji və sosial məsuliyyətin "AzerGold" QSC-nin prioritetlərindən biri olduğu nəzərə alınaraq, QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir.

Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılıb. Tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit ("due diligence") şərtlərinə cavab verən Sinqapurun "Asia Mercury" şirkəti ilə müqavilə imzalanıb. Nəticədə "AzerGold" QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 000 manata yaxın məbləğdə mənfəət əldə edib.

Qurumun bildirdiyinə görə, cari ilin yanvar ayında "Asia Mercury" şirkətinin direktorunun Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə səfəri baş tutub. Səfər çərçivəsində şirkət nümayəndəsi hasilat prosesi zamanı xammalın tərkibindən civənin təhlükəsizlik qaydalarına uyğun ayrılması və saxlanılması, yaradılmış şərait, müasir texnologiyaların tətbiqi, əməyin təhlükəsizliyi ilə bağlı görülmüş tədbirləri yüksək qiymətləndirib.

Baş tutan ixrac, bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla reallaşdırılıb. Qeyd edək ki, Minamata Konvensiyasına əsasən civə tullantılarının insan sağlamlığı və ətraf mühitə təsirini önləmək məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir.

Qeyd edək ki, "AzerGold" ASC 11 fevral 2015-ci ildə AR prezidentinin sərəncamı ilə təsis edilib. Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Hazırda ən müasir avadanlıqların köməyi ilə kəşfiyyat və geofiziki tədqiqatlar uğurla həyata keçirilir, eyni zamanda Azərbaycanın bir neçə regionunu əhatə edən irimiqyaslı qazıntı işləri üçün proqram hazırlanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 265 06.03.19 23:59