Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Mənsum İbrahimov: "Prezident bəzi məsələlərlə bağlı elə oradaca göstəriş verdi"

02.03.2019 22:57 2 088
Mənsum İbrahimov:
"Cənab prezident danışmaq və öz təkliflərini bildirmək istəyən hər kəsə söz verdi. Ölkə başçısı bu görüşdə sənət nümayəndələrinin ürək sözlərini çox səmimi şəkildə dinlədi. Görüşün əsas məqsədi də bu idi. O bildirdi ki, qaldırılan məsələlər tezliklə öz həllini tapacaq”.

Median.Az
xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov prezident İlham Əliyevlə dünənki görüş haqqında təəsüratlarından danışarkən deyib. Xalq artistinin sözlərinə görə, bu görüşü tarixi, əvəzsiz bir görüş kimi dəyərləndirir:

“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş çox səmimi keçdi və bir çox əlamətdar müzakirələrlə yadda qaldı. Sadəcə mədəniyyət hadisələrindən danışılmadı, həmçinin cəmiyyəti maraqlandıran və narahat edən bütün məsələlər müzakirəyə çıxarıldı. İnanıram ki, səmərəli görüş oldu. Prezident ölkədəki proseslərlə bağlı mədəniyyət xadimləri ilə fikrini bölüşdü, onları dinlədi, bəzi məsələlərlə bağlı elə oradaca qərar və göstərişlərini verdi.

Xüsusilə, muğam sənətinə diqqət həmişə yüksək səviyyədə olub, lakin canlı görüş fərqli və daha isti təəssüratlar doğurdu. O, bizi şəxsən dinlədi. Prezident onu da qeyd etdi ki, “bizim ailəmiz Muğam müsabiqəsinə baxır. Əlbəttə ki, bu sözlər bizi daha da fərəhləndirir. Cəmiyyətdə muğama böyük sevgi olması bizi sevindirir”.

Xalq artisti sözlərinə onu da əlavə edib ki, Zeynalabdin Tağıyevə Bakıda heykəl qoyulması təklifinin irəli sürülməsi onu çox qürurlandırıb:

"Əlbəttə ki, hər bir sahədə müəyyən problemlər var və bütün bunları bir görüşdə həll etmək mümkün deyil. Odur ki, cənab prezident bu görüşlərin davamlı olaraq baş tutacağını vurğuladı.

Tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyevlə bağlı müzakirə oldu. Cənab prezident bildirdi ki, babası Əziz Əliyevin Sankt-Peterburqda təhsil almasında Tağıyevin əvəzsiz rolu olub, heykəl məsələsinə də isti yanaşdı”.

Son xəbərlər